Fransaya koronavirusun kilsədən yayıldığı məlum oldu

  • 2020.03.30 17:39
  • 2135 Baxış
Fransaya koronavirusun kilsədən yayıldığı  məlum oldu

Fransanın Səhiyyə naziri Olivye Veran koronavirusun keçən ay Müluz şəhərindəki Yevangelist kilsəsində keçirilən dini mərasimlər zamanı yayıldığını etiraf edib.

Medicina.az xəbər verir ki, o bildirib ki, yoluxma nöqtəsi Müluzdakı Yevangelist kilsəsi olub. Epidemiya həqiqətən buradan ölkəyə yayılıb.

O, ölkəsinin COVID-19-a qarşı tədbirlərdə gecikmədiyini qeyd edib.

Virusun Avstriyaya da Yevangelist kilsəsindən yayıldığı barədə xəbər yazıb.

Vyanada yaşayan bir ailənin 17-21 fevral tarixlərində həmin kilsədə təşkil edilən mərasimlərə qatıldığı, fevralın 27-də Belçika vasitəsilə paytaxta qayıtdığı və virus testlərinin müsbət çıxdığı qeyd edilir.