Gecə yeyilən bu məhsul bədəni dəyişir

  • 2025.12.04 17:07
  • 46 Baxış
Gecə yeyilən bu məhsul bədəni dəyişir




Səhər metabolizmasına xüsusi təsir göstərən "metabolik gücləndirici" ərzaqlar var. Çox insan bunu bilmir.


“Medicina” xəbər verir ki, tibb elmləri namizədi, hepatoloq Sergey Vyalov günortadan sonra müntəzəm olaraq kəsmik yeməyin faydalarını izah etdi.

Həkimin sözlərinə görə, yatmazdan 1 saat əvvəl 1 pay – 50- qr kəsmik "gecəni əzələ parçalanması dövründən əzələ böyüməsi dövrünə çevirir". Bu, səhər metabolizmasını sürətləndirən kazeinlə bağlıdır.

"Bədən zülalın həzm olunmasına daha çox enerji sərf edir və bu, çəki nəzarəti üçün daha təsirlidir.

Kəsmik həmçinin sümükləri gücləndirməyə kömək edir.

Bağırsaqlar və qaraciyər üçün bir sıra sübut olunmuş faydalar mövcuddur.

"Canlı kulturalar probiotiklərdir. Peptidlər bağırsaq baryerini gücləndirən faydalı bakteriyaların böyüməsini stimullaşdırır. Qaraciyərə gəldikdə isə, metionin iştirak edir. Bu, yağlı qaraciyər xəstəliyinin qarşısını alan hepatoprotektordur”.

Həkim gündəlik 100-200 qram normaya riayət etməyi tövsiyə edir. Mütəxəssis giləmeyvə (C vitamini) və qoz-fındıqla kəsmik payını yeməyi tövsiyə edib.


Aygün Musayeva