Gədəbəydə 3 uşaq anası hamilə qadın öldü - Açıqlama

  • 2024.09.11 12:24
  • 1849 Baxış
Gədəbəydə 3 uşaq anası hamilə qadın öldü -  Açıqlama
Gədəbəydə hamilə qadın ölüb.

Medicina.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, 1996-cı il təvəllüdlü N.Abdullayeva ağır halda xəstəxanaya aparılsa da, onun dünyasını dəyişdiyi məlum olub.

Qadının ölüm səbəbi araşdırılır.

Oxu.Az-ın məlumatına görə isə Gədəbəyin Çobankənd kənd sakini 1996-cı il təvəllüdlü Nisə Abdullayeva qanaxma səbəbindən yaşadığı evdə vəfat edib.

3 uşaq anası olan qadının 24 həftəlik hamilə olduğu bildirilib.

Qeyd olunub ki, Perinatal Mərkəzə qadının cansız bədəni gətirilib.

Hadisə ilə bağlı Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) Mətbuat Xidmətindən bildirilib ki, sentyabrın 10-da tarixində saat 10:30-da 1996-cı il təvəllüdlü qadın yaxınları tərəfindən xəstəxanaya gətirilərkən həkiməqədər ölümü baş verib.