Azərbaycan gələn həftədən tibbi maska və xalat istehsalına başlayacaq.
Medicina.az-ın məlumatına görə bunu Operativ Qərargahın iclasında İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Nazir bildirib ki, 6 yeni tibbi spirt istehsalçısı fəaliyyət göstərir. Çeşidlər olaraq 100, 250, 500 millilitr, 1 və 5 litr həcmində spirt istehsal edilir və respublikada bütün ehtiyacları ödəməyə imkan yaradır. Bu gün 96 %li spirt qalığının həcmi ölkədə 1,5 milyon litrdir.
Artıq dezinfeksiya üçün sprey və gellərin də istehsalına başlanılıb.