Gəlin toydan 4 gün sonra ərini güllələdi

  • 2022.06.02 16:57
  • 3404 Baxış
Gəlin toydan 4 gün sonra ərini güllələdi

Ember Rozales adlı qadın toyundan 4 gün sonra ərini güllələyərək öldürüb.

Bakupost.az xəbər verir ki, ABŞ sakini qadın ərini avtomobilin içində qarnından vurub.

O xəstəxanaya çatdırılsa da ölüb.
30 yaşlı qadın əvvəlcə xilasetmə xidmətinə zəng edərək, ərini guya naməlum şəxsin vurması barədə məlumat verib.
Qadın izahatında ərinin narkotik qəbul etdiyini və küçədə tanımadığı şəxslə dalaşdığını bildirib.

Lakin polis qadının ifadəsində çoxsaylı logistika uyğunsuzluqlarına diqqət yetirib.
Müşahidə kameralarında isə kişinin küçədə heç bir adamla görüşmədiyi aşkarlanır.

Kişi maşınında gedərkən birdən idarəetməni itirib və həyətə girib. Maşının yanında heç bir silahlı şəxs görülməyib.

Təhqiqatçılar kişinin maşında vurulduğu qənaətinə gəlir. Sürücünün yanında isə Rozales özü əyləşib və ərini qarnından tapança ilə vurub.


Sonradan şahidlərin ifadələrinə görə qadın ərini tez-tez döyür, vururmuş.