Gənc hamilə qadının ağciyərləri tromb ilə tutuldu

  • 2026.05.25 17:21
  • 76 Baxış
Gənc hamilə qadının ağciyərləri  tromb ilə tutuldu



28 yaşlı hamilə qadın ağciyərlərində qan laxtaları səbəbindən "küt" ağrıdan əziyyət çəkirdi.

Nəhayət, ağrı "dözülməz" hala gəldi təcili yardım şöbəsinə getməyə məcbur olub.

Medicina.az xəbər verir ki, 28 yaşlıda ağciyər trombunun erkən simptomlarınasağ tərəfində küt ağrı, ardınca nəfəs almada dəyişikliklər daxil idi.

"Doqquz həftə sonra səhər ürəkbulanması və gündə altı dəfədən çox qusma olurdu. Lakin bir səhər sinəm boyunca sağ tərəfimdə küt bir ağrı hiss etdim. Ağrı gün ərzində gücləndi və nəfəsim qısa və sürətli oldu" – deyə, qadın bildirir.
Əri onu təcili yardım şöbəsinə aparıb və tibb işçiləri qan laxtalarını aşkar etmək üçün bir sıra müayinələr keçirib. Lakin ona plevrit - ağciyərləri və sinə boşluğunu örtən toxumanın iltihabı diaqnozu qoyub, evə göndərdilər.

Lakin ertəsi gün qadının halı lap pisləşdi. Sinəsi sıxılır, nəfəs dayaz idi və ağrıkəsicilər qəbul etsə də, ağrı getdikcə pisləşirdi.

Marianna ürək döyüntüsü və oksigen səviyyəsinin aşağı olması ilə təcili yardım şöbəsinə geri aparıldı. O, kompüter tomoqrafiyasından keçdi. Onda çoxsaylı ağciyər emboliyası (ağciyərlərdə qan laxtalanması) və ağciyər arteriyasının tıxanması zamanı baş verən sağ tərəfli ağciyər infarktı aşkar edildi.

Qadın dərhal invaziv müdaxiləyə alındı.

Aygün Musayeva