Gənc müəllim vəfat etdi - “Bağırsağı partlayıb, 3 gün yatırıb deyiblər ki..." - FOTO

  • 2020.03.10 14:43
  • 24577 Baxış
Gənc müəllim vəfat etdi  - “Bağırsağı partlayıb, 3 gün yatırıb deyiblər ki..." - FOTO
Samux rayonun Qiyaslı kənd orta məktəbində çalışan gənc fizika müəllimin ölümü sosial şəbəkələrdə müzakirəyə səbəb olub.

Medicina.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, tanışları İsmayılova Kifayət Asim qızının həkim səhlənkarlığı səbəbindən rəhmətə getdiyini iddia edib:

“Bağırsağı partlayıb. 3 gün yatırıb deyiblər ki, heç nəyi yoxdur, evə buraxılacaq. Sonra halı pisləşəndə bildirilib ki, Bakıya aparmaq lazımdır, onların da başı çıxmayıb. Savadsız həkimlərin ucbatından gül kimi qız getdi”.