Ailəvi barbeküdən təxminən bir həftə sonra 16 yaşlı Noah Walden özünü pis hiss edib.
Medicina.az xəbər verir ki, şiddətli qarın ağrısından şikayət edən gənc Minnesota sakini xəstəxanaya aparılıb.
Müayinə zamanı məlum olub ki, Noah təkcə hamburger yeməyib, həm də təsadüfən qril fırçasından düşmüş metal tükləri udub. Tüklər onun bağırsaqlarına ilişib qalıb və onu deşib.
Xəstəxanada dörd gün keçirən gəncin bağırsaqları təxminən üç düym çıxarılmalı olub.
İndi həm Noah, həm də ailəsi hər kəsi metal qril fırçalarından istifadəni dayandırmağa çağırır. Gəncin başına gələn hər hansı bir qril həvəskarının başına gələ bilər və bundan qorunmağın yolu yoxdur.
Aygün Musayeva