Gənc qadın dəm qazından zəhərləndi

  • 2026.01.24 10:29
  • 79 Baxış
Gənc qadın dəm qazından zəhərləndi

Goranboyda qadın dəm qazından zəhərlənib.

Medicina.az unikal.az-a istinadən xəbər verir ki, hadisə rayonun Balakürd kəndində baş verib. Kənd sakini 1989-cu il təvəllüdlü E.Məmmədova huşsuz vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Müayinə zamanı qadına zəhərlənmə diaqnozu təyin edilib. Dərhal ona yardım edilib, hazırda vəziyyətinin orta-ağır olduğu bildirilir. Məlumata görə, 37 yaşlı qadın yaşadığı evin vanna otağında dəm qazından zəhərlənib.

Faktla bağlı araşdırma aparılır.