Gənc Qan DonorlarınınÜmumrespublika Forumu keçiriləcək - Bakıda

  • 2022.03.04 17:32
  • 1593 Baxış
Gənc Qan DonorlarınınÜmumrespublika Forumu keçiriləcək   - Bakıda

Qan Donorları Assosiasiyasının təşkilatçılığı, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, “Qırmızı Ürəklər” (Red Hearts) Fondunun maliyyə yardımı, eyni zamanda Fairmont Baku Otel və Mərkəzi Qan Bankının dəstəyi ilə 5, 6, 7 aprel 2022-ci il tarixlərində respublikada qan donorluğunun inkişafına dəstək məqsədilə III Gənc Qan Donorlarının Ümumrespublika Forumu keçiriləcək.



Medicina.az xəbər verir ki, forumun məqsədi ölkədə qan donorluğunun inkişafına dəstək verilməsi, gələcək nəslin qorunması, eyni zamanda irsi qan xəstəliklərindən əziyyət çəkən uşaqların sağlamlığının bərpası üçün qan donorluğu istiqamətində cəmiyyətin maarifləndirilməsidir.

Üç gün davam edəcək layihədə, iştirakçı qismində ölkənin müxtəlif şəhər və rayonlarından ümumilikdə 35 gənc iştirak edəcək.

Forumun rəsmi açılış mərasimi 6 aprel 2022-ci il tarixində Fairmont Baku Hoteldə baş tutacaq.

Layihədə iştirak etmək istəyən gənclərin aşağıda qeyd olunmuş link vasitəsilə qeydiyyatdan keçmələri xahiş olunur.

https://docs.google.com/forms/d/e/1FAIpQLSd1-VlKJBp73wXz_TiQEV2cnFMS5hBbRcuQd_noga_r6FdN0A/viewform