Gəncədə ölən azyaşlının ilkin ölüm səbəbi açıqlanıb.
Medicina.az xəbər verir ki, APA-nın yerli bürosunun məlumatına görə, bu gün şəhərin Yeni Qəsəbə adlanan ərazisində ölən 2012-ci il təvəllüdlü Əli Əlizadənin valideynləri uşağın qıcolmadan öldüyünü bildiriblər.
Uşağın anadangəlmə epilepsiya xəstəliyinin olduğu bildirilib.
Faktla bağlı prokurorluqda araşdırmalar davam etdirilir.
***
10:03
Gəncədə azyaşlı naməlum səbəbdən ölüb.
Medicina.az xəbər verir ki, APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Yeni Qəsəbə adlan ərazisində qeydə alınıb.
2012-ci il təvəllüdlü Ə.Əlizadə təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb. Həkimlərin müayinəsi zamanı onun öldüyü məlum olub.
Hadisə yerinə hüquq mühafizə orqanların əməkdaşları cəlb olunub.