Gəncədə 38 yaşlı qadın əməliyyatdan 1 saat sonra ölüb

  • 2019.08.17 11:07
  • 6895 Baxış
Gəncədə 38 yaşlı qadın əməliyyatdan 1 saat sonra ölüb
Gəncə şəhərində qadın əməliyyatdan sonra ölüb. Medicina.az-ın Qafqazinfo-ya istinadən xəbərinə görə, Goranboy rayon sakini, 1981-ci il təvəllüdlü Samirə Əliyeva Gəncə şəhər Abbas Səhhət adına xəstəxananın Cərrahiyyə şöbəsində düz bağırsağın uşaqlıq yoluna sallanması (rektosle) diaqnozu ilə əməliyyat olunub. S. Əliyeva əməliyyatdan 1 saat sonra xəstəxanada ölüb. Faktla bağlı cinayət işi başlanılıb və istintaq hərəkətləri davam etdirilir.