Geyimi gündəm oldu - 30 kq olan don 2550 saata hazırlandı

  • 2026.05.05 20:10
  • 116 Baxış
Geyimi gündəm oldu -  30 kq olan don 2550 saata hazırlandı

Dünyanın ən nüfuzlu moda tədbirlərindən biri olan Met Qala bu il bir daha qeyri-adi dizaynlar nümayiş etdirdi. "Geyim Sənəti" mövzusu və "Moda Sənətdir" geyim kodu altında keçirilən tədbirdə məşhurlar yaradıcı görünüşləri ilə diqqət çəkdilər.

Medicina.az xəbər verir ki, gecənin ən çox danışılan adlarından biri Çin Olimpiya çempionu xizəkçi Eylin Qu idi. Qu qırmızı xalçada məşhur dizayner İris van Herpenin xüsusi dizaynlı 2550 saatlıq zəhmətin məhsulu olan libasda çıxıb.

Təxminən 30 kiloqram ağırlığında olan libas 15.000 şüşə qabarcıqdan ibarət detalları ilə diqqəti cəlb edib. Dizaynı unikal edən şey, libasın axşam boyunca qabarcıqlar üfürməsi idi.

Həm texnologiyanı, həm də incəsənəti özündə birləşdirən bu qeyri-adi geyim, qısa müddətdə sosial mediada trend mövzusuna çevrilib və moda dünyasında ən çox müzakirə olunan dizaynlardan biri olacağı gözlənilir.

Aygün
Medicina.az