Gicitkən əsrlərdir xalq təbabətində istifadə olunan bitkilərdən biridir.
Tərkibində dəmir, C vitamini, kalium və müxtəlif antioksidant maddələr var.
Medicina.az xəbər verir ki, gicitkan çayı bəzi insanlara bəzi xəstəliklərdə faydalı ola bilər.
-Dəmir çatışmazlığı riski olan insanlarda – Dəmir ehtiva edir və balanslı qidalanmanın bir hissəsi kimi faydalı ola bilər.
- Yorğunluq və halsızlıq hiss edənlərdə – Qidalandırıcı tərkibi səbəbilə ümumi sağlamlığı dəstəkləyə bilər.
- Yüngül ödemi olanlarda – Sidikqovucu təsiri olduğuna görə bədəndə maye tutulmasını azaltmağa kömək edə bilər.
Mövsümi allergiyası olan bəzi insanlarda – Bəzi araşdırmalar allergiya əlamətlərinin azalmasına kömək edə biləcəyini göstərir.
- Saç və dəri sağlamlığı ilə maraqlananlarda – Vitamin və minerallarla zəngin olduğu üçün tez-tez bu məqsədlə də istifadə olunur.
Oynaq və əzələ narahatlıqları olanlarda – Xalq təbabətində iltihabi proseslərə qarşı dəstək kimi istifadə edilir.
Kimlər ehtiyatlı olmalıdır?
Hamilə qadınlar (həkim məsləhəti olmadan)
Böyrək xəstəliyi olanlar
Təzyiq və ya şəkər dərmanları qəbul edənlər
Qan durulaşdırıcı dərman istifadə edənlər
Necə hazırlanır?
1 stəkan qaynar suya 1 çay qaşığı qurudulmuş gicitkən əlavə edilir, 5–10 dəqiqə dəmlənir.
Aygün Musayeva