Sinqapurda bir kişi ikiarvadlılığa görə həbs edildi.
Medicina.az xəbər verir ki, 61 yaşlı Low Kok Penq ilk dəfə 1992-ci ildə öz ölkəsində evlənib. 2016-cı ildə o, Sinqapurda qulluqçu işləyən indoneziyalı qadın Komariah ilə münasibətə başlayıb.
2024-cü ildə onlar İndoneziyaya gedərək, müsəlman mərasimində evləndilər. Daha sonra Penq Komariah ilə Sinqapura qayıdıb və gizli şəkildə cütlük kimi yaşamağa başladı.
Sinqapur Əmək Nazirliyi bundan xəbər tutub, kişini və ikinci arvadını həbs edib. Hər ikisi əvvəlcə Penqin ikiarvadlılıq işində ittiham olunur. Kişi iddia edir ki, ikinci evliliyini başqa ölkədə diqqətlə planlaşdırıb və sevgilisi bundan xəbərdar olub. Lakin Komariah and içərək ifadə verib ki, Penqin ilk evliliyindən xəbərsizdir. Nəticədə o, iki aylıq həbs cəzası aldı.
Komariahın məhkəməsi may ayında davam edəcək. Hətta onun Penqin ilk evliliyindən həqiqətən xəbərsiz olduğu ortaya çıxsa belə, o, yenə də Sinqapurun əmək məcəlləsini pozduğuna görə mühakimə olunacaq.
Aygün Musayeva