Göbələk yedikdən sonra kişi ölməzlik axtarışı ümidilə 27-ci mərtəbənin pəncərəsinə çıxdı.
Medicina.az xəbər verir ki, Çinin Yunnan əyalətinin sakini Jianshouqing kimi tanınan vəhşi göbələkdən yeyib.
Aşpaz yediyi göbələklərin təkcə əla dadı ilə deyil, həm də neyropsixotrop xüsusiyyətləri ilə tanındığını nəzərə almadı. Xue halüsinasiyalar görməyə başladı və ölməzliyə necə nail olmağı öyrənmək üçün 27-ci mərtəbənin pəncərəsinə çıxdı.
Xoşbəxtlikdən, 26-cı mərtəbədən bir qonşu baş verən hər şeyi görüb kişini pəncərədən düşürür və o xəstəxanaya yerləşdirilir.
Aygün Musayeva