Almaniyada 16 yaşlı bir oğlan sərinləmək üçün göldə üzərkən 500 qramlıq qızıl külçəsi tapıb. Altı aydır sahibi tapılmayan külçə nəhayət hüquqi prosedurdan sonra gənc oğlana qaytarılıb.
Medicina.az xəbər verir ki, Cənubi Almaniyadakı məşhur Königssee gölündə əsl sərvət tapılıb.
Sərinləmək üçün göldə üzən 16 yaşlı oğlan suyun dərinliyində parıldayan bir əşya görüb.
Gənc əşyanı araşdırıb və onun adi bir metal parçası deyil, əsl qızıl külçəsi olduğunu görüb.
Gənc oğlan göl yatağından çıxardığı 500 qramlıq qızıl külçəsini dərhal səlahiyyətlilərə təhvil verərək tərif qazanıb.
Qızılın peşəkar bir emal zavodu tərəfindən istehsal edildiyi və seriya nömrəsi olduğu müəyyən edilib.
Seriya nömrəsinə baxmayaraq, qızılın keçmiş sahibləri ilə bağlı heç bir rəsmi məlumat və ya oğurluq qeydləri tapılmayıb.
Almaniya qanunlarına görə, tapılan qiymətli əşyaların altı aylıq gözləmə müddəti var.
Geniş polis araşdırmalarının da nəticəsiz qalmasından sonra qızılın mülkiyyəti qanuni olaraq onu tapan gəncə keçib.
Hazırkı qızıl təxminən 18.500 dollar dəyərindədir.
Aygün
Medicina.az