Goranboyda bina çökdü - Yaralananların son durumu - FOTO

  • 2025.11.23 12:29
  • 621 Baxış
Goranboyda bina çökdü -  Yaralananların son durumu - FOTO

Goranboyda yaşayış binasının çökməsi nəticəsində xəsarət alan şəxslərlə bağlı Goranboy Rayon Mərkəzi Xəstəxanası rəsmi açıqlama yayıb.

Xəstəxanadan Medicina.az -a verilən məlumata görə, 23 noyabr 2025-ci il saat 06:20 radələrində baş verən hadisədən sonra 4 nəfər (3-ü qadın, 1-i kişi) müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya hospitalizasiya olunub.

Yaralılara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu qoyulub. Hazırda onların müalicəsi Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsində davam etdirilir.

Xəstəxanadan bildirilib ki, yaralıların vəziyyəti orta ağır olaraq qiymətləndirilir.