29.12.2025-ci il tarixində saat 18:20 radələrində 3 nəfər (qadın) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub.
Medicina.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.
Bildirilib ki, dəqiqləşdirilməmiş bakterial qida zəhərlənməsi diaqnozu təyin edilən pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib.
Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar.
***
Goranboyda bir ailənin 3 üzvü balıqdan zəhərlənib.
"Unikal"ın məlumatına görə, hadisə rayonun Nizami kəndində qeydə alınıb. Belə ki kənd sakinləri - 1965-ci il təvəllüdlü Ş.Əhmədova,1990-cı il təvəllüdlü M.Əhmədova və 2011-ci il təvəllüdlü N.Əhmədova zəhərlənmə ilə xəstəxanaya çatdırılıb. Onlara dərhal yardım edilib, hazırda zəhərlənən şəxslərin vəziyyətlərinin orta-ağır olduğu bildirilir.
İlkin məlumata görə, zəhərlənən şəxslər bir ailənin üzvləridir. Onların deməsinə görə, yaşadıqları evdə balıq yedikdən sonra özlərini pis hiss ediblər. Hadisə yerinə adiyyatı qurumların əməkdaşları cəlb edilib.
Fakt araşdırılır.