Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Goranboyda dəhşətli qəza - Nənə və nəvə öldü - FOTO

  • 2025.07.17 15:09
  • 300 Baxış
Goranboyda dəhşətli qəza -  Nənə və nəvə öldü - FOTO

İyulun 17-də saat 12:00 radələrində 2 azyaşlı şəxs (biri kişi, digəri qadın cinsi olmaqla) Yevlax Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

TƏBİB-dən Medicina.az -a verilən məlumata görə, daxil olan xəstələrin birində beyin əsasının sınığı, sol alın payında hematoma və gicgah sümüyünün sınığı diaqnozu təyin olunub, vəziyyəti ağır qiymətləndirilir. Digər şəxsin yüngül xəsarətlərlə tibb müəssisəsində müalicəsi davam etdirilir, vəziyyəti stabildir.


APA-nın məlumatına görə, Daşkəsən rayonunun Bayan kəndində qeydiyyatda olan 1958-ci il təvəllüdlü Nəsibə Nağıyevanın idarə etdiyi “Hyundai” markalı, 77 HD 580 dövlət nömrə nişanlı avtomaşın yoldan çıxaraq aşıb. Qəza zamanı sürücü və nəvəsi 2018-ci il təvəllüdlü F. Məmmədli hadisə yerində ölüb.

Sürücünün nəvələri - 2016-cı il təvəllüdlü Ə. Məmmədli və 2021-ci il təvəllüdlü A. Məmmədli xəsarətlərlə Yevlax rayon xəstəxanasına çatdırılıb. Sürücünün qızı, 1990-cı il təvəllüdlü Ayşən Məmmədlinin yüngül xəsarət aldığı bildirilir.