“Görsək ki, xəstələr çoxalıb, xəstəxanalarda yerlər dolub…” - Karantinin sərtləşdirilməsi barədə açıqlama

  • 2020.05.06 17:47
  • 2291 Baxış
“Görsək ki, xəstələr çoxalıb, xəstəxanalarda yerlər dolub…”   -   Karantinin sərtləşdirilməsi barədə açıqlama


Bu gün baş tutan Operativ qərargahın brifinqində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev karantin rejiminin yumşaldılmasından sonra yoluxmanın artmasını təsdiq edərək, karantinin yenidən sərtləşdirilməsi şərtlərindən danışıb.

“Bu bizdən asılıdır. Söhbət müxtəlif cərimələrdən, sərt tədbirlərdən də getmir. Burda vətəndaş məsuliyyəti lazımdır.
Sərtləşmə məqsədli olmamalıdır.


Amma biz görsək ki, yoluxma çoxalır, xəstələrimiz artır,ayrılmış xəstəxanalarda yerlərimiz yoxdur, səhiyyə öhdəsindən gələ bilmir, o zaman biz sərləşdirilmə ilə bağlı dövlətə, Nazirlər Kabinetinə təkliflər verəcəyik”