Göyçayda yas məclisində kütləvi zəhərlənmə

  • 15 İyl 2022 14:26
  • 493 Baxış
Göyçayda yas məclisində kütləvi zəhərlənmə


Göyçayda yas mərasimində qidadan zəhərlənən şəxslərin adları məlum olub.

Axşam saatlarında zəhərlənən şəxslər Göyçay Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Rayonun Hacıağabəyli kənd sakinlərindən zəhərlənən şəxslərin adı aşağıdakılardır:

Eminova Əsli Paşa qızı(1966);
İbrahimova Kifayət Müğdət qızı (1965);
Kərimova Aybəniz İbrahim qızı (1987);
Miriyeva İfrat İdris qızı (1962);
Quliyeva Esmira Rakif qızı (1985);
Nuriyeva Ürfət Etibar qızı (1987);
Quliyeva İlhamə Bəşir qızı (1970);
Quliyeva Nüşabə Bəşir qızı (1979);
Quliyeva Aidə Bəşir qızı (1979);
Digər zəhərlənən şəxslər Yeniarx kənd sakinləridir. Onların adları aşağıdakılardır:
Quliyev Turqut Azər oğlu (2007);
Quliyeva Aydan Azər qızı (2005);
Quliyeva Zeynəb Yengibar qızı (2005);
Quluzadə Gülşən Elsevər qızı (2020);
Quluzadə Ayşən Elsevər qızı (2020);

Xatırladaq ki, zəhərlənən şəxslərinin vəziyyəti yaxşıdı, müalicələri davam etdirilir.


Hadisə rayonun Hacıağabəyli kənd sakini Azər Quliyevin anasının yas mərasimində olub.
Axşam saat 20:00 radələrində məclis iştirakçılarından təxminən 15 nəfərin halı qəfildən pisləşib.

İshal və qusma əlamətləri olan bu insanlar təcili olaraq Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Zəhərlənən şəxslərdən bir neçəsi uşaqdır. İnsanların nədən zəhərləndiyi hələlik dəqiq bilinmir.
Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.