Göygöldə yaşlı qadın dəm qazından boğularaq öldü

  • 2026.04.27 13:11
  • 109 Baxış
Göygöldə yaşlı qadın dəm qazından boğularaq  öldü

Göygöldə 62 yaşlı qadın dəm qazından boğularaq ölüb.

Medicina.az xəbər verir ki, Bəhrəmbəy kənd sakini 1964-cü il təvəllüdlü Radə Möhsüm qızı Allahverdiyeva yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək ölüb.

Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.