Gözəllik naminə üzü tanınmaz hala gəldi - FOTO

  • 2026.04.11 22:28
  • 276 Baxış
Gözəllik naminə üzü tanınmaz hala gəldi -  FOTO

Braziliyada sosial media fenomeni Juliana Oliveira-nın kosmetik əməliyyat arzusu kabusa çevrildi.

Medicina.az xəbər verir ki, Braziliyada yaşayan sosial media fenomeni Juliana Oliveira, daha qadına xas görünmək üçün 2017-ci ildə üzünə dolğular vurdurmaq istədi. Lakin seçdiyi lisenziyasız klinikada edilən prosedur onun həyatını alt-üst etdi.



İddialara görə, klinika işçiləri Oliveira-nın yanaqlarına əsl dolğular əvəzinə 21 şpris mineral yağ və işlədici vurublar. Prosedurdan sonra gənc qadının üzündə şiddətli şişkinlik və daimi deformasiya yarandı. Oliveyranın şişmiş yanaqları və göz qapaqları illərdir dəyişməz qalıb.

"The Sun" qəzetinin verdiyi məlumata görə, yaşadığı travmaya baxmayaraq kosmetik prosedurlardan çəkinməyən Oliveyranın daha sonra döş implantasiyası əməliyyatı keçirdiyi bildirilir. Braziliya mətbuatında yer alan xəbərlərə görə, hazırda 32 yaşlı fenomen kosmetik prosedurlarını davam etdirir.



Transgender olan Oliveyranın əvvəllər 2017-ci ildə dolğu istifadə etməsinin səbəbinin "daha gözəl və qadına xas" görünmək olduğunu bildirmişdi.

Oliveyranın üzündən zərərli maddələrin çıxarılması üçün Dr. Thiago Marra ilə müqavilə bağlanıb. Gənc qadın bu yaxınlarda təxminən dörd saat davam edən əməliyyatla üzündəki mineral yağın bir hissəsinin çıxarıldığını açıqlayıb.



Əməliyyatı həyata keçirən həkim Tiaqo Marra prosedurun riskli olduğunu bildirib:

“Yanaqların içini tamamilə boşaltmağı planlaşdırırıq, amma mümkün fəsadlar səbəbindən hamısını birdən çıxara bilmərik”.

Aygün
Medicina.az