İspanaq və günəbaxan tumları gözlərin ən ağır xəstəliyi olan kataraktadan qoruyur.
“Medicina” xəbər verir ki, Çinin Qingdao Universiteti Tibb Kollecinin alimləri 250 000-ə yaxın insanı əhatə edən tədqiqatların analizini aparıblar. Məlum olub ki, qanda bu vitaminin yüksək səviyyəsi göz xəstəliyinə qarşı güclü qoruyucu amildir.
kataraktanın qarşısını almağın ən yaxşı yolu adi ispanaqdır. Çindən olan tədqiqatçılar müəyyən ediblər ki, E vitamini ilə zəngin qidalar bu göz xəstəliyinin inkişaf riskini 27% azaldır.
İspanaq, broKkoli və günəbaxan tumları kimi E vitamini ilə zəngin qidaların çoxlu miqdarda istehlakı katarakt riskini çox azaldır.
Katarakta qocalıqda inkişaf edir və bu vəziyyət bulanıq görməyə səbəb olur, həyat keyfiyyətini əhəmiyyətli dərəcədə azaldır.
Korluğun qarşısını almaq üçün əməliyyat lazımdır. Çin alimlərinin kəşfi kataraktanın qarşısının alınması üçün əhəmiyyətli praktiki təsirlərə malikdir.
Bu xəstəliyin inkişaf riskində statistik əhəmiyyətli azalma gündəlik pəhrizə yalnız 7 mq E vitamini daxil etməklə əldə edilə bilər. E vitamininin özü güclü bir antioksidantdır. Günəş işığı və zərərli emissiyalar kimi faktorların səbəb olduğu linzada oksidləşdirici stress, antioksidantın qoruyucu xüsusiyyətlərini azaldaraq katarakt riskini artırır.
Bu gün bir çox insanlar günəşli havadan zövq alırlar, lakin ən yaxşı göz qorunması E vitamini ilə zəngin bir pəhriz və günəş eynəyidir.
Aygün Musayeva