Gözünü və böyrəyini itirən qazi vəfat etdi - FOTO

  • 2026.01.03 11:34
  • 521 Baxış
Gözünü və böyrəyini itirən qazi vəfat etdi -  FOTO

2016-cı ilin aprelində Ermənistanın təxribatı nəticəsində meydana gələn döyüşlərdə ağır yaralanan hərbi qulluqçu Rüstəm Cəmil oğlu Bayramov Gəncə şəhərində vəfat edib.

Medicina.az Gencexeber-ə istinadla xəbər verir ki, qazi Gəncənin Sevinc qəsəbəsində dünyasını dəyişib.

Qeyd edək ki, 1981-ci il təvəllüdlü Rüstəm MAXE kimi çavuş rütbəsində xidmət edib. O, 2016-cı ildə Aprel döyüşləri zamanı ağır yaralanaraq bir gözünü və böyrəyini itirmişdi.