Güclü immunitet üçün 10 qızıl qayda

  • 2024.03.14 21:35
  • 594 Baxış
Güclü immunitet üçün  10 qızıl qayda
İmmunitet sistemini gücləndirmək və bədənin müqavimətini artırmaq bir çox xəstəliklərə yoluxma riskini azaltmaq üçün vacibdir.

İmmuniteti gücləndirmək üçün sağlam qidalanma vərdişlərinə və bəzi qaydalara əməl etmək lazımdır.

Medicina.az immuniteti gücləndirən 10 qızıl qaydanı təqdim edir:

- Yeməklərinizə soğan və sarımsaq əlavə edin.

- Günə səhər yeməyi yemədən başlamayın.

- Ədviyyatlardan istifadə edin.

- Menyunuza balqabağı daxil edin.

- Tərəvəz yeməklərinə üstünlük verin.

- Şorbalarınıza ət və ya toyuq suyu əlavə edin.

- Meyvə və yağlı toxumlar istehlak edin.

- Su içmək üçün susamağı gözləməyin.

- Hər gün probiyotik tərkibli qidalar yeyin.

- Bitki çayına bal qarışdırıb için.


Aysel