Güclü külək bu tarixədək davam edəcək

  • 2025.08.27 11:31
  • 59 Baxış
Güclü külək bu tarixədək davam edəcək

Azərbaycanda avqustun 27-si saat 10:00-a olan məlumata əsasən əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib, lakin gecə Quba və Qusarda qısamüddətli yağış yağıb (1 mm).

Bu barədə Medicina.az -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bir sıra ərazilərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında, eyni zamanda Culfada 21, Neftçalada 20 m/s-dək güclənir.

Ölkə ərazisində müşahidə olunan küləkli hava şəraitinin avqustun 29-u gündüzədək davam edəcəyi gözlənilir.