Güclü maqnit qasırğası gözlənilir

  • 2023.11.20 14:37
  • 915 Baxış
Güclü maqnit qasırğası gözlənilir
Maqnit qasırğası səbəbindən bir çox insanların səhhətində problemlər ola bilər.


"Medicina" xəbər verir ki, noyabrın 20-dən Günəş küləyi parametrlərinin güclənməsi müşahidə oluna bilər.

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasının məlumatıns görə, 16 noyabr tarixində baş vermiş zəif tac kütlə atılmaları nəticəsində geomaqnit sahənin aktiv hala keçəcəyi, G1 (mülayim) səviyyəli geomaqnit qasırğasının ola biləcəyi proqnozlaşdırılır.

Noyabrın 22-dən etibarən isə geomaqnit sahənin sakit səviyyəyə qayıdacağı ehtimal olunur. Hazırda Günəş küləyinin sürəti 300-360 km/saat intervalındadır.

Dekabrın 5-də isə G1 (mülayim) səviyyəli geomaqnit qasırğası proqnozlaşdırılır.

Qeyd edək ki, maqnit qasırğasının loqarifmik indeksini xarakterizə edən Kp əmsalının orta qiyməti 20-26 noyabr 2023-cü il tarixləri üçün 2-5 intervalında dəyişəcək.