Gün ərzində koronavirusa yoluxanların sayı 7 minə çatıb - Nyu-Yorkda

  • 2020.04.04 09:49
  • 1819 Baxış
Gün ərzində koronavirusa yoluxanların sayı 7 minə çatıb -  Nyu-Yorkda
ABŞ-ın Nyu-York şəhərində ümumilikdə koronavirusa 57 159 yoluxma və 1 867 ölüm hadisəsi qeydə alınıb.

Bu barədə Cons Hopkins Universiteti məlumat yayıb.



Qeyd edilir ki, bu, ABŞ ərazisində ən böyük ölüm faizi və yoluxmadır.

Son bir gün ərzində şəhərdə 6 582 koronavirus testinin nəticəsi müsbət olub, 300-dən çox insan xəstəlikdən ölüb. Hazırda xəstəxanalarda daha 11 739 pasiyent var.

Şəhərdə ən pis vəziyyət Kuinsdə müşahidə olunur. Bura həm də ilk infeksiyaya yoluxma hallarının qeydə alındığı yerdir.

Qeyd edək ki, ABŞ-da koronavirus qurbanlarının sayı 7 mini ötüb.