Gündə 8 ədəd enerji içkisi içən kişi infarkt keçirdi

  • 2025.12.12 23:46
  • 76 Baxış
Gündə 8 ədəd enerji içkisi içən  kişi infarkt keçirdi

İngiltərədə 50 yaşında infarkt keçirən kişi gündə səkkiz qutu enerji içkisi içdiyi bildirib.

Medicina.az xəbər verir ki, əvvəllər sağlam və gümrah olan kişi gündə səkkiz enerji içkisi içdikdən sonra infarkt keçirib. Həkimlər bu məşhur içkilərin ürək-damar risklərini artıra biləcəyi barədə xəbərdarlıq edirlər. 50 yaşlarında olan kişi siqaret çəkmir, spirtli içki qəbul etmir və narkotik istifadə etmirdi. Sol tərəfində qəfil keyləşmə və tarazlıq, yeriş, udma və danışma problemləri yaşadıqdan sonra xəstəxanaya gedib. Beyninin hərəkət və duyğu qavrayışında rol oynayan talamus bölgəsində anevrizma var idi. Xəstə gündə orta hesabla səkkiz qutu enerji içkisi içdiyini bildirdi.

Hər qutuda təxminən 160 milliqram (mq) kofein var idi ki, bu da onun gündəlik kofein qəbulunu 1280 mq-a çatdırdı. Bu isə tövsiyə olunan maksimum 400 mq-dan üç dəfə çoxdur. Həkimlər ondan enerji içkiləri içməyi dayandırmasını istədikdən sonra qan təzyiqi normallaşdı və artıq dərmana ehtiyacı qalmadı. Həkimlər insult və ürək xəstəliklərinin yüksək yayılmasını nəzərə alaraq potensial riskləri azaltmaq üçün daha çox addım atılmalı olduğunu iddia ediblər.

Aygün
Medicina.az