Gündəlik stress ölüm riskini 5 dəfə artırır

  • 2026.05.05 18:58
  • 100 Baxış
Gündəlik stress ölüm riskini 5 dəfə artırır


Stress ürək-damar xəstəliklərindən ölüm riskini beş dəfə artırır. Bu, Hollandiyalı tədqiqatçıların gəldiyi nəticədir.

Medicina.az xəbər verir ki, alimlər müəyyən ediblər ki, 65 yaş yuxarı insanlar qanda kortizol səviyyəsinin yüksəlməsinə səbəb olan uzunmüddətli stress yaşayırlarsa, növbəti altı il ərzində ürək problemlərindən ölmə riski 5 dəfə artır.

Bu ölümlərə insult, infarkt, ürək tutması və kəskin ürək çatışmazlığı daxil ola bilər. Lakin stressin xərçəng kimi xəstəliklərin inkişafına əlavə təsiri yoxdur.

Qısamüddətli stressin bədənə müsbət təsir göstərdiyinə inanılır, lakin uzunmüddətli stress qan damarlarının funksiyasının pozulmasına və ürək problemlərinə səbəb ola bilər. Həmçinin qan təzyiqini və xolesterol səviyyəsini artırır ki, bu da ürəyə zərərlidir. Stress altında olan insanlar sağlam olmayan qidalar yeməyə, daha çox siqaret çəkməyə və spirtli içki qəbul etməyə meyllidirlər.

VU Universiteti Tibb Mərkəzinin tədqiqatçıları 65 yaşdan yuxarı 861 nəfərin sidikindəki kortizol səviyyəsini ölçdülər. Təhlil 24 saat ərzində bir dəfə aparıldı. Daha sonra onların sağlamlığı altı il ərzində izlənildi.

Məlum oldu ki, ən yüksək kortizol səviyyəsinə malik iştirakçıların ürək-damar xəstəliklərindən ölmə ehtimalı beş dəfə çoxdur.


Aygün Musayeva