Günəbaxan yağında yemək qızartmaq olarmı?

  • 2023.03.02 18:11
  • 1663 Baxış
Günəbaxan yağında yemək qızartmaq olarmı?

Dietoloq Mixail Ginzburqun fikrincə, günəbaxan yağında qızardılmış yeməklər təhlükəli xəstəliklər, o cümlədən yaşlandıqda demensiya riskini artırır.


“Medicina” xəbər verir ki, həkimin sözlərinə görə, günəbaxan və qarğıdalı yağları omeqa-6 və çoxlu doymamış yağ turşularının yüksək olduğu yağlar arasındadır. İstiliyə məruz qalaraq, faydalı xüsusiyyətlərini itirir və üstəlik, bədəndə iltihablı prosesləri aktivləşdirirlər.


Buna görə də dietoloq günəbaxan yağında yeməkləri qızartmamağı məsləhət görüb. Mixail Ginzburg xəbərdarlıq edib ki, üzərində qızardılmış yeməklərin daimi yeyilməsi ilə bağlı yüksək iltihab səviyyəsi depressiya, yaşlandıqda Alzheimer xəstəliyi kimi patologiyaların inkişafına səbəb ola bilər.

Qeyd edək ki, Alsheimerin hələ də müalicəsi yoxdur. Bu yağlar beyinə mənfi təsir edir.

Günay