Günorta saatlarının günəşi xərçəng yaradır - Səhiyyə nazirliyi eksperti

  • 2022.08.16 15:45
  • 742 Baxış
Günorta saatlarının günəşi xərçəng yaradır   - Səhiyyə nazirliyi eksperti

Yay mövsümündə günvurma hallarına tez-tez rast gəlinir. Günəş şüaları altında fasiləsiz fiziki işlə məşğul olmaq, bəzən çimərlikdə saatlarla vaxt keçirmək insanları günvurma təhlükəsi ilə üz-üzə qoyur.


Mövzu ilə bağlı Səhiyyə Nazirliyinin baş dermatoveneroloqu, ATU-nun Dermatovenerologiya kafedrasının müdiri, professor Fərid Mahmudov deyir ki, açıq havada işləyənlər və qızmar Günəş altında istirahət edənlər günvurma təhlükəsini mütləq nəzərə almalıdır:

“İsti havalarda insanları günvurmanın hansı hallarda baş verməsi və bundan qorunmaq üçün hansı tədbirlər görülməsinin lazım olduğu daha çox maraqlandırır. Xüsusilə yaşlılar, uşaqlar və xroniki xəstəlikləri olanların isti havalarda xəstələnib yatağa düşməməsi üçün bir sıra tədbirlərin görülməsi vacibdir. Lakin istidən qorunmaq tədbirləri tamamilə sağlam insanlara da aiddir.


Ümumiyyətlə, Günəşə qarşı həssas olan insanlar günün qızmar vaxtlarında bayıra çıxmamalı, çıxarkən baş örtüklərindən, eynəklərdən, o cümlədən dərini qoruyan bir sıra kremlərdən (SPF tərkibli) istifadə etməlidirlər”.

“Bu xəstəliyə səbəb dərimizdə mövcud olan saprofit, yəni dərinin normal florası sayılan “Pityrosporum ovale” adlı zərərsiz maya göbələyidir. Onun sağlamlığa mənfi təsiri olmasa da, dəridə kosmetik defekt sayılır. Ləkələr açıq-çəhrayı, tünd və açıq-qəhvəyi, bəzən də ağ rəngdə olur. Məhz ona görə də bu xəstəliyin adı rəngbərəng dəmrovdur. Göbələyin dəridə yayılma səbəbi isti və nəmli havada çox tərləmək, dərinin yağlı olması, zəifləmiş immun sistemi, hormonal dəyişikliklər və sairdir.

Rəngbərəng dəmrov daha çox yeniyetmə və gənc yaşlarda olur. Çünki məhz bu yaşlarda dəridə yağlanma başlayır və bu xəstəlik ən çox seboreik nahiyələrdə (sinə, kürək, qolların üst hissəsi, boyun və baş) görünür. Həmin ləkələrin üzərində bəzən incə pulcuqlar da görünə bilər. Bu zaman heç bir subyektiv şikayət vermir, lakin başa yayılanda şiddətli qaşıntı ilə müşayiət olunması mümkündür. Bu xəstəliyə diaqnoz müayinə zamanı qoyulur. Ona görə də bunun üçün heç bir analiz lazım deyil. Dərinin rəngindən asılı olaraq səpkilərin tonları dəyişir ki, bunun üçün “vud lampası” ilə müayinə etmək lazım ola bilər”.

Günəş şüaları nəticəsində üzdə yaranan ləkələr və onların qarşısını almağın yollarından da danışan mütəxəssis qeyd edir ki, buna tibdə melasma deyilir:

“Bu, bədənin Günəş görən hissələrində sonradan ortaya çıxan, qəhvəyi rəngdə ləkələr şəklində özünü göstərən bir dəri xəstəliyidir. Bu ləkələrə bəzən xloasma da deyilir. Adətən, üzün hər iki tərəfi zədələnir. Ən çox yanaqlar, burun, alın və dodaq üstündə görünür. Bu xəstəlikdən qorunmaq üçün Günəş işığına çıxmazdan öncə SPF tərkibli qoruyucu kremlərdən istifadə etmək lazımdır. Payız aylarında isə həmin tünd ləkələr nisbətən solur”.

Yay aylarında insanların daha çox tərləməsinə də diqqət çəkən həkim öz məsləhətlərini səsləndirib:

“Həddən artıq tərləmənin ən müasir və təsirli müalicə növlərindən biri botulinoterapiya ilə müalicədir. Botoks - tərkibində botulinum deyilən bir toksin olan dərman vasitəsidir. Kosmetologiyada üzdəki qırışların açılması üçün botoks inyeksiyalarından geniş istifadə olunur. Eyni zamanda, botoks qoltuqaltı bölgədə həddindən artıq tərləməyə qarşı da istifadə edilir. Botoks vurulandan dərhal sonra çox tərləmə problemi aradan qalxır. Dərmanın təsiri dörd-altı ay davam edir. Adətən, ildə bir dəfə, havalar istiləşəndə bu proseduru təkrar etmək lazımdır”.

Onun sözlərinə görə, dəriyə birbaşa nüfuz edən Günəş şüaları sonradan hətta bədxassəli şişlərə də səbəb ola bilər:

“Günəş şüalarının dəriyə birbaşa təsiri müxtəlif Günəş yanmalarına gətirib çıxarır. Birbaşa nüfuz edən Günəş şüaları müxtəlif qıcıqlanmalara səbəb ola və hətta bədxassəli şişin yaranması ilə nəticələnə bilər. Əgər başda, üzdə xallar varsa, Günəş şüalarının ona nüfuz etməsi çox ziyandır. Ona görə də bədənin açıq olan hissələrinə mütləq kremlər sürtülməlidir”.

İsti aylarda gigiyena qaydalarına da riayət olunmasının vacibliyini vurğulayan professor F.Mahmudov qeyd edir ki, bu, sağlamlıq və infeksiyalarla mübarizə baxımından önəmlidir: