Gürcüstan koronavirusdan ilk ölüm qeydə alındı

  • 2020.04.04 14:02
  • 970 Baxış
Gürcüstan koronavirusdan ilk ölüm qeydə alındı

Gürcüstanda koronavirus infeksiyası ilə əlaqədar ilk ölüm faktı qeydə alınıb.

Vəfat edən şəxs Marneuli bölgəsindən olan 79 yaşlı qadındır.

Tbilisi Dövlət Tibb Universitetinin Birinci Universitet Klinikasının direktoru Levan Ratiani məlumat verib.

OVID-19-a yoluxan şəxs martın 31-də xəstəxanaya yerləşdirilib. Xəstəyə ağciyər iltihabı və sepsis diaqnozu qoyulub. O, bu gün səhər saat 9:00 radələrində vəfat edib.