Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Gürcüstanda 19 yaşlı hamilədə koronavirus aşkarlandı

  • 2020.04.02 16:27
  • 1282 Baxış
Gürcüstanda 19 yaşlı hamilədə koronavirus aşkarlandı


Gürcüstanın karantinə alınmış Bolnisi şəhərində hamilə qadın koronavirusa yoluxub.

Bu barədə qubernator Şota Rexviaşvili xəbər verib.

“19 yaşlı hamilə qadın Birinci Universitet Xəstəxanasına (Tbilisidə - red.) köçürülüb”, - deyə qubernator bəyan edib.

O, bölgədə aşkar olunan bütün dörd yoluxma halının hamısının Azərbaycana səfərlərlə əlaqəli olduğunu deyib.

Qeyd edək ki, martın 23-dən etibarən azərbaycanlıların kompakt yaşadıqları Marneuli və Bolnisi bələdiyyələrində karantin elan edilib, şəhərlərdən çıxış qadağan edilib.