Gürcüstanda koronavirusa yoluxanların sayı artdı

  • 2020.04.07 10:05
  • 824 Baxış
Gürcüstanda koronavirusa yoluxanların sayı artdı
Gürcüstanda daha yeddi nəfər koronavirusa yoluxub.

Bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib.



Bununla da ölkədə koronavirusa yoluxanların sayı 195 nəfərə çatıb.

Qeyd edək ki, Gürcüstanda koronavirus yoluxmuş xəstələrin 39-u sağalıb, 2-si isə ölüb.

Hazırda karantində 4 735, stasionar nəzarətdə isə 383 nəfər saxlanılır.