Gürcüstanda koronavirusdan ölən ilk şəxs azərbaycanlıdır

  • 2020.04.04 15:58
  • 2185 Baxış
Gürcüstanda koronavirusdan ölən ilk şəxs azərbaycanlıdır
Gürcüstanda koronavirusdan ilk ölüm faktı qeydə alınıb.

Medicina.az xəbər verir ki, infeksiyadan ölən qadın Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Bolnisi rayonunun Kəpənəkçi kənd sakini olub.


Bildirilir ki, 79 yaşlı qadın martın 31-də xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, bu günədək Gürcüstanda 156 yoluxma faktı aşkar edilib.

Ölkədə martın 31-dən etibarən komendant saatı qüvvəyə minib. Komendant saatı yerli vaxtla saat 21:00-dan 06:00-dək qüvvədədir