Habil Əliyevin həkim qızı karantində - Son durumu

  • 2020.03.31 14:26
  • 1773 Baxış
Habil Əliyevin həkim qızı karantində -  Son durumu


Mərhum xalq artisti, kaman ustası Habil Əliyevin qızı Vəfa Əliyevanın koronavirusa yoluxması və karantinə alınması ilə bağlı xəbər yayılıb.

Habil Əliyevin oğlu Rəvan Əliyev xəbəri təsdiqləyib:


"Burda nə var ki, bacım həkimdir, yüzlərlə xəstəyə baxır. Yüngül hərarəti olub, karantinə alınıb, səhhəti yaxşıdır, heç bir təhlükə yoxdur".

Qeyd edək ki, 22 saylı Uşaq Poliklinikasının baş həkimi Əliyeva Vəfa Habil qızı koronavirus infeksiyasına yoluxduğundan karantinə alınması xəbərini unikal.org saytı yayıb.