Hacı Şahin hansı xəstəxanaya gedib?

  • 2023.03.02 12:27
  • 2982 Baxış
Hacı Şahin hansı  xəstəxanaya gedib?
Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında tanınmış ilahiyyatçı, Məşədi Dadaş Məscidinin imamı Hacı Şahin Həsənli vəfat edib.


Ailəsinin bildirdiyinə görə, Ş.Həsənli dünən özəl tibb müəssisələrdən birinə müraciət edib və müayinələrdən keçib.
Lakin özünü pis hiss edən Hacı səhər saatlarında ürəktutmadan dünyasını dəyişib.


Bəs Hacı hansı xəstəxanaya müraciət edib?


Məsələ ilə bağlı TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili şöbəsinin müdiri Zamira Adilova Bakupost.az -a həmin xəstəxananın TƏBİB-ə aid olmadığını bildirib:

“TƏBİB daxilində olan xəstəxanaya getməyib. Ailə üzvlərinin məlumatına görə, o, özəl tibbi klinikaya gedib. Hansı müəssisəyə getdiyini bilmirik”.