Hamilə ikən cinsi əlaqədə olan qadın həkimləri şoka saldı - Foto

  • 2022.06.07 15:10
  • 4978 Baxış
Hamilə ikən cinsi əlaqədə olan qadın həkimləri şoka saldı    - Foto

Hamilə ola-ola əri ilə cinsi əlaqəyə girən qadın 2-ci dəfə hamilə qalıb.

Bakupost.az xəbər verir ki, ABŞ-da 30 yaşlı Cara Vinhold, hamilə olduğu halda həyat yoldaşı ilə cinsi əlaqəyə girib. 1 ay sonra həkimə gedən qadın tibdə 0,3 % ehtimalla rast gəlinən halla qarşılaşıb.

Həkim ona yenidən, ikinci uşağa hamilə qaldığını deyib.

Hamiləlik normal keçib, qadın 2 oğlunu da eyni gündə dünyaya gətirib.

Tibdə çox nadir də olsa bir dölü olan hamilənin ikinci dəfə hamilə qalması hadisəsinə rast gəlinə bilər.