Hamilə qadın təyyarədə uşaq dünyaya gətirdi

  • 2022.11.03 16:43
  • 1190 Baxış
Hamilə qadın təyyarədə uşaq dünyaya gətirdi


Daha bir qadın 10 min metr Yerdən yüksəklikdə uşaq doğub.

"Medicina" xəbər verir ki, 21 yaşlı Kendriya Roden 32 həftəlik hamilə ikən Dominikana uçan təyyarədə olub.

Qadının ağlına da gəlməzdi ki, 32 həftədə doğuş ola bilər.

Təyyarə yerindən qalxandan özünü narahat hiss etsə də, ailəsinə bəlli etməyən qız artıq suyu açılanda dözmür.
34-cü dəqiqədə onun sancıları başlayır. Ekipaj və sərnişinlərin dəstəyi ilə 20 dəqiqə ərzində onun oğlu dünyaya gəlir.

Təyyarə yerə endikdən sonra hər ikisi xəstəxanaya çatdırılır.
Uşağın vətəndaşlığı ABŞ üzrə olur.

Aygün Musayeva