Söhbət və ya görüş zamanı kiminsə adını xatırlaya bilməmək bir çox insanın yaşadığı adi haldır. Psixoloqlar bildirirlər ki, bu vəziyyət maraqsızlıq və ya diqqətsizlikdən deyil, beynin məlumatları yadda saxlama mexanizmindən qaynaqlanır.
Medicina.az xəbər verir ki, mütəxəssislər beyinin çoxlu məlumat arasında seçim etdiyini və adları bəzən ikinci plana keçirdiyini bildirirlər.
Xüsusilə stress, yorğunluq və informasiya yükü üz və ad əlaqəsinin yadda qalmasını çətinləşdirə bilər.
Araşdırmalara əsasən, adlar digər məlumatlarla müqayisədə daha çətin yadda qalır, çünki onlar çox vaxt konkret məna və əlaqə yaratmayan sadə sözlərdir. İnsanların peşəsi, görünüşü və ya tanışlıq şəraiti isə beyində daha güclü iz buraxır.
Psixoloqlar adları yadda saxlamaq üçün onları söhbət zamanı təkrarlamağı, müəyyən xüsusiyyət və ya hadisə ilə əlaqələndirməyi tövsiyə edirlər. Onların fikrincə, arabir ad unutmaq normal yaddaş prosesinin bir hissəsidir.
Xanım,
Medicina.az