Hansı cütlüklər ayrı yataq otağında yatmalıdır?

  • 2026.02.04 23:25
  • 141 Baxış
Hansı cütlüklər ayrı yataq otağında yatmalıdır?


Ayrı yataq otaqları münasibətlərdə yolverilməz hesab edilsə də yuxu mütəxəssisləri və ailə terapevtləri xroniki yuxu çatışmazlığında bunun qaçılmaz olduğunu bildiriblər. Xüsusən kişilərdə xroniki və ağır xorultu varsa, bu qadında yuxu rejimini poza bilər.


Medicina.az xəbər verir ki, bir çoxlarının qorxduğu “ayrı yatmaq cinsi əlaqənin olmamasına səbəb olacaqmı?” sualına, mütəxəssislər bunun mütləq olmadığını deyirlər. Üstəlik, bir çox cütlüklərin yaxınlığı itirmədən enerji toplamaq üçün həftədə yalnız 2-3 dəfə ayrı yatması lazımdır.


Psixoloqlar vurğulayır ki, ayrı yataq otaqları emosional məsafəyə bərabər deyil.


Yatmazdan əvvəl qucaqlaşıb danışa bilərlər və sonra sadəcə ayrı otaqlarda yatmağa gedə bilərlər. Bu yanaşma həm yuxunu, həm də münasibəti qorumağa kömək edir.

Bəs bunu qarşı tərəfə necə izah edək? Mütəxəssislər ittihamlar olmadan dürüst və sakit bir söhbət tövsiyə edirlər.

Məsələn: "Mənim üçün yaxınlığı qorumağımız vacibdir, amma kifayət qədər yuxu olmadan ertəsi gün özümü narahat hiss edirəm, iş qabiliyyətim düşür, əsəbi oluram"

Mütəxəssislər əlavə edirlər ki, əsas məsələ bir-birinə qayğı göstərmək və cütlükdə harmoniyanı qorumaq istəyi olduğunu aydınlaşdırmaqdır.

Aygün Musayeva