Hansı dozada içki insulta səbəb olur?

  • 2025.10.29 15:27
  • 81 Baxış
Hansı dozada içki insulta səbəb olur?

Alimlər tərəfindən aparılan yeni bir araşdırma, alkoqol qəbul edən insanların insult keçirmə riskinin daha yüksək olduğunu təsdiqləyib.


“Medicina” xəbər verir ki, İrlandiya Milli Universitetinin tədqiqatçılarından ibarət bir qrup, insult yarada biləcək alkoqol miqdarını hesablayıb. İnsult beyinə qan axınının kəskin pozulmasının nəticəsidir və işemik və ya hemorragik (beyində qanaxma ilə nəticələnən qan damarının yırtılması) ola bilər.


Tədqiqatın müəllifləri orta hesabla çox içənlərdə insult riskinin içməyənlərə nisbətən 14 faiz daha yüksək olduğunu müəyyən ediblər.

Mütəxəssislər həmçinin insult yarada biləcək alkoqol dozasını da müəyyən ediblər.

Mütəxəssislər belə qənaətə gəliblər ki, gün ərzində qəbul edilən 5 pors alkoqol işemik insult riskini 29%, hemorragik insult riskini isə 76% artırır".
Əgər bir insan ayda 2 dəfə bu qədər miqdar içərsə, qəfil və ya sonradan orta yaşı keçdikdən sonra insult riski artır.

Beş porsiya alkoqol nədən ibarətdir? Həkimlər aydınlaşdırıblar ki, bu miqdar beş stəkan içki, yarım şüşə şərab və ya iki yarım litr pivəyə bərabərdir.


Aygün Musayeva