Hansı qan qrupunda insullt riski yüksəkdir?

  • 2022.09.03 17:57
  • 2369 Baxış
Hansı qan qrupunda insullt riski yüksəkdir?


Amerikanın Merilend Universitetinin tədqiqatçıları müəyyən ediblər ki, insanın qan qrupu erkən insult riskinin artmasına təsir göstərə bilər.

Medicina. xəbər verir ki, tədqiqat üçün 60 yaşdan aşağı insanlarda insult ilə bağlı genetik tədqiqatlar aparılıb. 17 000 insult xəstəsini və 600 000 sağlam xəstəni tədqiq etdikdən sonra alimlər müəyyən bir özəllik aşkar ediblər. Məlum olub ki, erkən insult ilə qan qrupu arasında əlaqə var.

Tədqiqatçılar müəyyən ediblər ki, II qan qrupundan olan insanların erkən insult riski digər qan qruplarına malik olanlara nisbətən 18%, I qan qrupu olanlarda isə baş beynin damar xəstəlikləri qəza riski 12% azdır.

Aparılan elmi işlərin nəticələri bu riskin az olduğunu vurğulayır, ona görə də ikinci qan qrupuna malik insanlar narahat olmamalı və əlavə müayinələrdən keçməlidirlər. Mütəxəssislərin fikrincə, bu xüsusiyyət qanın laxtalanma amili ilə bağlıdır. /publika.az/