Hansı qidalar qanda xolesterini azaldır - Kişilərin diqqətinə

  • 2023.02.06 17:45
  • 2317 Baxış
Hansı qidalar qanda xolesterini azaldır   - Kişilərin diqqətinə

Rusiyanın məşhur həkimi Aleksandr Myasnikov qanda zərərli xolesterini salmaq üçün lazım olan qidaları açıqlayıb

“Medicina” xəbər verir ki, yüksək xolesterin qan damarlarını daraldır, qan dövranını pozur, ürəyin işini çətinləşdirir.

Məhz bu problem insult və infarkta səbəb olur.

Xolesterini salmaq üçün rasiona müəyyən ərzaqları daxil edin:

- Yağlı dəniz balığı, Omeqa-3-lə zəngin ərzaqlar
- Qırmızı düyü

- Qoz, badam
- Bol maye

- Liflə zəngin tərəvəzlər

Qidadan transyağları, heyvan yağlarını çıxartmaq, azaltmaq lazımdır.

Gündəlik 5-7 min addım da xolesterini azaldır.

20 yaşından yuxarı insanlar hər 3 ildən bir qanda xolesterin analizini verməlidir.
Siqaret çəkənlər, artıq çəkili insanlar, diabetlər risk qrupundadır”.


Aygün Musayeva