Hansı yaşda evləndikdə boşanma riski yüksəkdir?– Psixoloqlar

  • 2023.03.28 15:38
  • 3082 Baxış
Hansı yaşda evləndikdə boşanma riski yüksəkdir? – Psixoloqlar
Ailə qurmaq üçün yaş kişi və qadınlarda müxtəlifdir.
Bəziləri 25 yaşında bir qadının artıq "yetişmiş" olduğuna inanır, bəziləri isə 35 yaşında da evlənməyə hazır deyil. Psixoloq bunun qadın və kişi üçün niyə fərqli olduğunu izah edib.


“Medicina” xəbər verir ki, sosioloq – psixoloq, gender və ailə münasibətləri üzrə ekspert Aleksandr Şaxov 20 yaşında ərə getmək və ya 32 yaşında kişi üçün evlənmək fikri düzgün deyil.


Psixoloqun fikrincə, indiki gənclər öz valideyinlərindən fərqlənirlər. Son onillikdə psixoloji yetkinlik yaşının artmasına doğru aydın tendensiya müşahidə olunur. İndiki 20 yaşlılar 20 yaşlı valideynlərindən çox fərqlidirlər. Qanun böyüklərin mühüm qərarlar qəbul etməyə və onların nəticələrinə görə məsuliyyət daşımağa qadir olduğunu tanısa da, psixologiya nöqteyi-nəzərindən 18 və 22 yaşlı müasirlərin əksəriyyəti bundan irəli gələn bütün nəticələrlə hələ də yeniyetmələrdir.


Rusiya və Qafqazda orta evlənmə yaş həddi 20 – 25 olduğu halda , boşanmaların orta statistik sayı 60-65 % təşkil edir. Avropada isə orta evlənmə yaş həddi 28-32 , boşanmaların sayı isə 34 % - dir. Nəticə göz qabağındadır.


Ekspertin fikrincə, psixoloji yetkinlik qadınlarda 28-30, kişilərdə isə daha gec, 32-34 yaşlarında baş verir. Psixoloq qadın və kişilərə müraciət edərək bildirdi ki, bu yaşdan əvvəl evlənməyi məsləhət görmürük.Təbii ki, heç kim heç kəsə qadağa qoymur. Kişi və qadın evlənə bilər, boşana bilər, yenidən evlənə və boşana bilər. Burda heç bir fəlakət yoxdur. Amma xahiş edirik ki, uşaq sahibi olmağa tələsməsinlər.


Psixoloq ailə həyatı qurmadan və uşaq sahibi olmamışdan əvvəl münasibət təcrübəsi əldə etməyi tövsiyə edir. O bildirir ki, gənc kişilər çox vaxt ailəyə yalnız sözlə hazır olurlar. Ailəni saxlamaq, gündəlik həyatda kömək etmək və uşaq böyütmək ehtiyacı ilə üzləşərək, qadını çətinliklər zamanı tək buraxırlar.

Aygün Musayeva