Hantavirus hansı ölkələrdə aşkarlanıb? - Yoluxma artır

  • 2026.05.08 12:22
  • 91 Baxış
Hantavirus hansı ölkələrdə aşkarlanıb? -  Yoluxma artır

1 apreldə Argentinadan yola düşən və Atlantik Okeanında Hollandiya bayrağı altında üzən MV Hondius sərnişin gəmisində üç nəfər ölüb.

26 ölkədən 147 sərnişin daşıyan gəmidəki ölümlərin hantavirusdan qaynaqlandığı müəyyən edilib.

Medicina.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı 6 may tarixinə gəmidə səkkiz hantavirus yoluxma halının olduğunu açıqlayıb.

Hantavirus əsasən gəmiricilərdən ötürülən xəstəlik kimi tanınır. Virus tənəffüs çatışmazlığına, daxili qanaxmaya və böyrək çatışmazlığına səbəb ola bilər.



Bəs hantavirus hansı ölkələrdə aşkarlanıb?


Hantavirus halları dünyanın müxtəlif bölgələrində müşahidə olunsa da, bəzi ölkələrdə, xüsusən də Asiya, Avropa və Amerikada daha çox qeydə alınır.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, virus ən çox gəmiricilərlə yüksək təmas səviyyəsi olan ərazilərdə özünü göstərir.

Hantavirus hallarının aşkarlandığı əsas ölkələr bunlardır:

Çin

Cənubi Koreya

Amerika Birləşmiş Ştatları

Argentina

Çili

Braziliya

Boliviya

Paraqvay

Panama

Uruqvay

Finlandiya

Almaniya

Fransa

Rusiya



Son zamanlar kruiz gəmisi ilə əlaqəli bir hantavirus klasteri səbəbindən Hollandiya, İsveçrə, Birləşmiş Krallıq, Cənubi Afrika və İspaniya kimi ölkələrdə də monitorinq və araşdırma prosesləri aparılır.

Aygün
Medicina.az