Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Hava çirklənməsi beyin qanamasına yol açır

  • 2025.08.02 10:52
  • 96 Baxış
Hava çirklənməsi  beyin qanamasına yol açır

ABŞ-nin Yuta ştatında aparılan araşdırma hava çirklənməsinin beyin qanaması və depressiyaya səbəb ola biləcəyini üzə çıxarıb.

Medicina.az xəbər verir ki, alimlər yeni bir araşdırma aparıblar.

Yuta Universitetindən neyrocərrah Dr.Robert Rennertin başçılıq etdiyi qrup son beş ildə hava çirklənməsi ilə tanınan "Wasatch Front" bölgəsində beyin anevrizması ilə xəstəxanaya yerləşdirilən 70 xəstənin məlumatlarını araşdırıb.



Tədqiqatçılar müəyyən ediblər ki, bu xəstələrdə beyin qanaması halları hava çirklənməsi səviyyəsi pik həddə çatdıqdan sonra artıb.

Ən təsirli çirkləndiricilərə ozon, azot dioksidi, kükürd dioksidi, karbon monoksit və 2,5 mikrometrdən (PM2.5) kiçik hissəciklər daxildir.

PM2.5 kimi hava çirkləndiricilərinin bədəndə iltihaba səbəb olduğu, hüceyrə zədələnməsini artırdığı məlumdur.

Rennert və komandası qeyd edib ki, hava kirlənməsi zamanla beyin damarlarının divarlarını zəiflədə və qanaxmaya səbəb ola bilər.

Dünyada havanın çirklənməsi ilə bağlı ölənlərin sayı hər il 8 milyona yaxınlaşır. Araşdırma, havanın çirklənməsinin təkcə beyin qanaması ilə deyil, həm də həddindən artıq istilərin ölümcüllüyünü artırmaq və COVID-19-un təsirlərini gücləndirmək kimi digər risklərlə də əlaqəli olduğunu vurğuladı.



Tədqiqatın müəllifi Rennert, "Ümid edirik ki, bu araşdırma havanın çirklənməsinin xalq sağlamlığı üçün təhlükəsini daha aydın göstərəcək və profilaktik tədbirlərə töhfə verəcək", deyib. O, həmçinin ictimai nəqliyyatdan istifadənin təşviq edilməsinin, gündəlik çirklənmə kvotalarının sərtləşdirilməsinin və ekoloji tədqiqatlara daha çox maliyyə ayrılmasının vacibliyini vurğulayıb.

Araşdırma npj Clean Air jurnalında dərc olunub.

Aygün
Medicina.az